Ermənistandakı “Azərbaycan almaları” Polşanın imiş...

Ermənistandakı “Azərbaycan almaları” Polşanın imiş...
  24 May 2017    Oxunub:6451
Ermənistanda aşkar edilən, Azərbaycana məxsus olduğu iddia olunan almaların Polşadan gətirildiyi məlum olub.
AzVision.az "Joğovurd"a istinadən xəbər verir ki, bununla bağlı Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda etiketlən məhsullar əslində Polşaya məxsusdur.

Qeyd edək ki, daha öncə yayılan məlumatlarda "Azərbaycan almaları"nın Ermənistanda satışa çıxarıldığı bildirilirdi. Bu, Ermənistanda böyük qalmaqala səbəb olmuşdu. Hətta iş bir neçə gömrük məmurunun işdən çıxarılması, barələrində cinayət işinin qaldırılması ilə nəticələnmişdi.

Rəziye Arslan
AzVision.az


Teqlər: Ermənistan   Alma   Polşa   Azərbaycan  





Xəbər lenti