“Qırmızı şeytanlar” üçün tarixi gün

“Qırmızı şeytanlar” üçün tarixi gün
  24 May 2017    Oxunub:1818
Bu gün Avroliqada keçiriləcək final görüşü ilə qitənin ikinci dərəcəli klub turnirində 2016/2017 mövsümünə yekun vurulacaq.
AzVision.az-ın məlumatına görə, Stokholmda baş tutacaq həlledici qarşılaşmada “Ayaks” və “Mançester Yunayted” üz-üzə gələcək.

Bu gün “Ayaks” 21 ildən sonra avrokuboklarda final həyəcanı yaşayacaq. Matç “Mançester Yunayted” üçün də əlamətdardır. Belə ki, “Qırmızı şeytanlar” bu gün tarixi ərzində ilk dəfə Avroliqada final oynayacaq.

Qeyd edək ki, “Mançester Yunayted” qalib gələcəyi təqdirdə, növbəti mövsüm Çempionlar Liqasında oynamaq hüququ qazanacaq. “Ayaks” isə uduzsa belə Hollandiya çempionatının gümüş mükafatçısı kimi ÇL-də çıxış edəcək.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Avroliqa   Futbol  





Xəbər lenti