Bu kənddə mobil telefon və Wi-Fi qadağandır - FOTOLAR

Bu kənddə mobil telefon və Wi-Fi qadağandır - FOTOLAR
  22 May 2017    Oxunub:7531
ABŞ-ın Vircinia ştatında yerləşən kəndlərdən birində kabelsiz elektrik avadanlıqlarından istifadə qadağandır. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Grin Bank adlı kənddə heç kimin mobil telefonu yoxdur.
Orada Wi-Fi və elektrik sobasından istifadə də qadağan edilib. Buna səbəb nəhəng Grin Bank Teleskopudur. Bu, olduqca böyük və idarəedilən radio teleskopdur.

Teleskop, həmçinin dünyada ən böyük idarə edilən cisim xüsusiyyətinə malikdir. Grin Bank Qərbi Virciniada Beynəlxalq Radio Astronomiyası Müşahidə Evinin bir hissədir. Müşahidə Evinin fəaliyyətinə təsir etməmək üçün 34 min km-ə qədər olan ərazi “Beynəlxalq Səssizlik Ərazisi” kimi adlanır. Buna görə də orada mobil telefonla yanaşı kabelsiz elektrik cihazlarından istfadə qadağandır.

Kənddə hazırda 147 nəfər yaşayır.









Aytən Zəhra
AzVision.az


Teqlər: ABŞ   Kənd   WiFi   Telefon  





Xəbər lenti