FHN-də kütləvi ixtisarlar aparılır? - Rəsmi açıqlama

FHN-də kütləvi ixtisarlar aparılır? - Rəsmi açıqlama
  22 May 2017    Oxunub:4830
Fövləqədə Hallar Nazirliyi (FHN) qurumda ixtisarların başlaması ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, həmin KİV-də həqiqətə uyğun olmayan xəbərlər yer alıb.
“FHN mətbuat xidməti bildirir ki, hələ 2016-cı ilin noyabrında Azərbaycan Prezidenti cənab İlham Əliyev fövqəladə hallarla mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb. Bu fərmana əsasən kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, habelə su hövzələrində xilasetmə işinin təşkili sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin və Dövlət Sularda Xilasetmə Xidmətinin bazasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradılıb.

Fövqəladə Hallar Nazirliyi Xidmətin əsasnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etdikdən sonra Prezident cənab İlham Əliyevin 2017-ci il 19 aprel fərmanı ilə yeni qurumun Əsasnaməsi təsdiq olunub.

Göründüyü kimi, bu tədbir idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilib və əməkdaşların ixtisarı ilə heç bir əlaqəsi yoxdur”, - deyə məlumatda qeyd edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: FHN   İxtisar  





Xəbər lenti