İdmançılarımız daha 3 qızıl medal qazana bilər

İdmançılarımız daha 3 qızıl medal qazana bilər
  22 May 2017    Oxunub:1620
Bu gün "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Uşu yarışları yekunlaşacaq.
AzVision.az xəbər verir ki, Uşu yarışlarında 6 idmançımız medal uğrunda mübarizə aparacaq.

3 idmançı - Elçin Eminov (56 kq), Bayram Şəmmədov (65 kq) və Vüqar Kərəmov (70 kq) finalda çıxış edəcək.

Orxan Hətəmov (48 kq), Ruslan Pirəliyev (60 kq) və Pərviz Abdullayev (75 kq) isə yarımfinalda uduzduqları üçün bürünc medal uğrunda mübarizə aparacaqlar.

AzVision.az



Teqlər: Uşu   İslamiada  





Xəbər lenti