Cocuq Mərcanlıda dörd ədəd mina aşkarlanıb

Cocuq Mərcanlıda dörd ədəd mina aşkarlanıb
  21 May 2017    Oxunub:921
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində keçirilən əməliyyat barədə gündəlik operativ məlumat yayıb.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, gün ərzində 1 245 ədəd qəlpə, 2 ədəd piyada əleyhinə mina (OZM-72) və 2 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Nəticə etibarilə 20 551 kv.m (2.06 ha) ərazi tam təmizlənib, 18 500 kv.m (1.85 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

AzVision.az


Teqlər: ANAMA   Cocuq-Mərcanlı  





Xəbər lenti