Azərbaycanlı İŞİD-çi Türkiyəni böyük faciədən "xilas" edib - TƏFƏRRÜAT

Azərbaycanlı İŞİD-çi Türkiyəni böyük faciədən "xilas" edib - TƏFƏRRÜAT
  21 May 2017    Oxunub:142705
Ankarada keçirilən əməliyyat zamanı məhv edilən iki İŞİD terrorçusu ilə bağlı yeni məlumat yayılıb. AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azəraycan vətəndaşının ifadəsi əsasında aparılan araşdırma zamanı terrorçuların xarici ölkə vətəndaşı olduğu üzə çıxıb.
İŞİD-çilərin Ankarada kirayə qaldıqları evdə axtarış zamanı 2 “kalaşnikov” avtomatı, çoxlu sayda əl qumbarası, güllə aşkar edilib. Məlum olub ki, İŞİD yaraqlılarının hədəfi AKP-nin bu gün keçirilən 3-cü növbədənkənar qurultayı olub.

Vaxtında həyata keçirilən əməliyyatla dəhşətli terror planının qarşısını alınıb.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada anti-terror əməliyyatı keçirilib. Əməliyyat zamanı Ankarada terror aktı planlaşdıran 2 İŞİD-çi zərərsizləşdirilib.

Ankara valisi Ercan Topaca əməliyyatın İstanbulda saxlanılan Azərbaycan əsilli İŞİD terrorçusunun ifadəsi əsasında həyata keçirildiyini deyib: “İstanbulda təqib edilən Azərbaycan əsilli şəxsin İŞİD üzvü olduğu üzə çıxıb. Onun avtomobil kirayələyərək Ankaraya 2 nəfər gətirdiyi şübhə yaradıb. Həmin şəxs saxlanılarkən İŞİD-çi olduğunu, iki nəfəri terrora aktı törətmək üçün Ankaraya gətirdiyini etiraf edib. Onun ifadəsindən sonra Ankarada əməliyyat keçirildi, hər iki terrorçu öldürüldü”.

AzVision.az


Teqlər: İŞİD   Türkiyə  





Xəbər lenti