Növbəti qızıl medalı Cəmaləddin qazandı

Növbəti qızıl medalı Cəmaləddin qazandı
  21 May 2017    Oxunub:1329
Azərbaycan İslam Oyunlarında növbəti qızıl medalı qazanıb.
AzVision.az xəbər verir ki, sərbəst güləş yarışlarının final qarşılaşmasında Azərbaycan pəhləvanı Cəmaləddin Maqomedov qalib gəlib.

Yarışlarda 125 kiloqram çəki dərəcəsində mübarizə aparan dünya və Avropa ikincisi, Dünya Kubokunun qalibi olan Cəmaləddin Maqomedov həlledici qarşılaşmada Qazaxıstan pəhləvanı Daulet Şabanbay ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə idmançımız 12:8 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.

AzVision.az


Teqlər: İslamiada  





Xəbər lenti