Prezidentin kürəkəni Kadırovla bir arada - FOTO

Prezidentin kürəkəni Kadırovla bir arada - FOTO
  20 May 2017    Oxunub:11845
Azərbaycan prezidenti İlham Əliyevin kürəkəni, biznesmen Səməd Qurbanov Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə kadırov “İnstgram” səhifəsində yazıb.

“Əziz dostlar! Bu gün Aydın Qurbanov adına Azərbaycan fondunun rəhbəri Səməd Qurbanov qonağımız oldu. Görüş zamanı o mənə qardaşlıq münasibətlərinin birləşdirdiyi Azərbaycan prezidentinin salamını və xoş sözlərini çatdırıb. Biz bundan sonra Çeçenistan və Azərbaycan arasında yaxın və dostluq əlaqələrini dəstəkləyəcəyimizə dair razılığa gəldik”, - deyə Ramzan Kadırov bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Səməd-Qurbanov   Ramzan-Kadırov  





Xəbər lenti