Rusiya telekanallarında İslamiada ilə bağlı reportaj

13:44   19 May 2017    Oxunub: 462

Hazırda Bakıda dünyanın 54 ölkəsindən üç min idmançı müxtəlif idman növləri üzrə mübarizə aparır. Əslində İslam Həmrəyliyi Oyunları Azərbaycanda keçirilən ilk irimiqyaslı yarış deyil.

Azərbaycan birinci Avropa Oyunlarına, Ümumdünya Şahmat Olimpiadasına, Formula-1 yarışlarına, dünya çempionatlarına ev sahibliyi etməklə həm Avropanın, həm də müsəlman Şərqinin idman tədbirlərini eyni uğurla təşkil edən multikultural mərkəz statusu qazanıb. Rusiyanın NTV telekanalının “İşgüzar səhər” proqramında IV İslam Həmrəyliyi Oyunlarına həsr olunan reportaj bu fikirlərlə başlayır. Reportajda bildirilir ki, bu Oyunların Bakıda keçirilməsi barədə qərar 2013-cü ildə İslam Həmrəyliyi İdman Federasiyasının səkkizinci Baş Assambleyasında qəbul olunub.



Rusiyanın RBK telekanalında təqdim olunan reportajda isə deyilir ki, paytaxt Bakıya dünyanın hər yerindən - Rusiyadan, Avropadan, Orta və Yaxın Şərq ölkələrindən turistlər gəlir. IV İslam Həmrəyliyi Oyunlarının rəmzi su, talismanı isə Qarabağ atlarıdır. Yarışlar birinci Avropa Oyunlarında uğurla sınaqdan keçirilmiş müasir idman arenalarında təşkil olunur. Reportajda diqqətə çatdırılır ki, əsas amil müsəlman dünyasının həmrəylini və dostluğunu nümayiş etdirməkdir.



Rusiyanın internet portalları da Azərbaycanda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarına geniş yer ayırıb.

AzVision.az

Teqlər: İslamiada   Azərbaycan   Rusiya    




Rubrikanın digər yazıları