Məsələ ilə bağlı
AzVision.az-a açıqlamasında
millət vəkili Sahib Alıyev bildirdi ki, Ermənistan prezidenti ya milli maraqlardan çıxış etməlidir, ya şəxsi maraqlardan, ya da tabe olduğu güclərin marağından: “Erməni xalqının marağı Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini tələb edir. Sərkisyan bunu nəzə almaq istəmirsə, demək gündə cəbhədə itkilər verən, təcriddə saxlandıqları üçün dilənçi kökündə olan xalqının maraqlarını yox, özünün və Dağlıq Qarabağ münaqişəsindən geosiyasi məqsədlər üçün faydalanan güclərin maraqlarından çıxış edir. Münaqişə həllini taparsa, məhz onun dalğasında indiki mövqeni tutan Sərkisyan kimisi hskimiyyətdə qala bilməz”.
“Və münaqişə həllini tapsa, onun qulluğunda durduğu güclərin region üzərində təsir rıçaqlarından biri əldən çıxmış olur. Göründüyü kimi maraqlar üst-üstə düşür. Minsk qrupuna həmsədrlik edənlərin susqunluqları da məhz bununla bağlıdır”- deyə S.Alıyev vurğulayıb.
Elvin Abdulqədirov
AzVision.az