Ərdoğanın kritik ABŞ səfəri başladı - (VİDEO)

Ərdoğanın kritik ABŞ səfəri başladı - (VİDEO)
  16 May 2017    Oxunub:3910
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çinə səfərini başa vuraraq ABŞ-a yola düşüb.
AzVision.az xəbər verir ki, Ərdoğanı “Andrews” Hava Limanında ABŞ Protokol İdarəsinin Baş direktorunun vəkili Rosemerie Paul və Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç qarşılayıb.

Ərdoğanı səfərdə həyat yoldaşı Əminə Ərdoğan, ədliyyə naziri Bəkir Bozdağ, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekci, enerji və təbii sərvətlər naziri Berat Albayrak və müdafiə naziri Fikri Işık müşayiət edir.

Ərdoğan ABŞ prezidenti Donald Trampla görüşdən əvvəl Ağ Evin qarşısında keçiriləcək aksiyada iştirak edəcək. Türkiyə prezidenti ABŞ lideri ilə görüşün mövzularının ilk mesajlarını bu tədbirdə bəyan edəcək.

Ərdoğan bundna əlavə mayın 16-da Vaşinqtonda iş adamları və “Türk-Amerika” icmasının nümayəndələri ilə görüşəcək.



AzVision.az


Teqlər: Türkiyə   ABŞ   Ərdoğan  





Xəbər lenti