"Real Madrid" finala çıxdı

"Real Madrid" finala çıxdı
  11 May 2017    Oxunub:1718
Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab görüşlərinə yekun vurulub.
AzVision.az xəbər verir ki, "Atletiko" öz meydanında "Real"ı qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatsa da, finala kral klubu çıxa bilib. Buna səbəb Zidanın Komandasının ilk oyunda qazandığı 3:0 hesablı qələbədir.

Beləliklə Çempionlar Liqasının finalçıları məlum olub. Finalda "Real Madrid" "Yuventus"la qarşılaşacaq.

AzVision.az





Teqlər: ÇL   Madrid  





Xəbər lenti