Sağlam həyatın iki tərəfi

Sağlam həyatın iki tərəfi
  29 Aprel 2017    Oxunub:2323
Sağlam həyat - ilk növbədə düzgün qidalanma və idman deməkdir.

İdman, ümumiyyətlə, fiziki aktivlik insanın fizioloji tonusunu yüksəldir, müsbət enerji verir, orqanizmi cavan saxlayır, ürək-damar xəstəliklərinin qarşısını alır. Bədəndə toplanaraq, piylənməyə, dolayısı ilə də müxtəlif xəstəliklərə səbəb olan artıq kalorilərinizi itirməyə kömək olur. Piylənmə isə, bildiyimiz kimi, başda şəkər olmaqla bir çox xəstəliklərin əsas səbəbidir.

İdman qan-damar sistemini gücləndirir, hüceyrələrimizin oksigenlə daha yaxşı təmin olunmasına və zərərli həyat fəaliyyəti nəticəsində yığılıb qalmış zərərli maddələrdən təmizlənəsinə kömək göstərir.

İdman həmçinin zehni yorğunluğu aradan qaldırır və insanı stresslərdən xilas edir. Buna görə, şəhər insanı üçün stressdən qurtulmağın ən yaxşı yolu və ümumiyyətlə, ən doğru həyat tərzi müntəzəm şəkildə idman zalına getməkdir.

Elə xəstəliklər var ki, onları dərmandansa, idmanla daha yaxşı dəf etmək olar. Məsələn:
- sümüklərin inkişafı, boy artımı üçün - basketbol və voleybol;
- əsəbiliyi aradan qaldirmaq, onurğa sütununun gərginliyini və ağrılarını azaltmaq üçün - üzgücülük;
- zehni yorğunluğunu aradan qaldırmağ, düzgün nəfəs almaq və ürəyi gücləndirmək üçün - qaçış;
- beynin inkişafı üçün - şahmat məsləhət görülür.

Bunu da unutmaq olmaz ki, bəzi hallarda xüsusilə də müalicə məqsədilə idmanı mütləq həkim nəzarətində eləmək lazımdır.

Amma sağlam həyat tərzi təkcə idmandan ibarət deyil. Eyni zamanda, sağlam qidalanmaq da vacibdir. Araşdırmalara görə, orqanizmin fiziki salamlığı 70% düzgün qidalanmaqdan, 30% müntəzəm idman etməkdən asılıdır.

İdman – həm sağlamlıq, həm də gözəllikdir. Amma təəssüf ki, xüsusən də peşəkar idmanda çox vaxt bu məqam unudulur. İdman düzgün qurulmalıdır ki, fiziki zədələrə yol açıb, sağlamlıq əvəzinə bizə xəstəlik bəxş etməsin.

Günel Mehdizadə



Teqlər:





Xəbər lenti