Şimali Koreyanın raket sınağı uğursuz oldu

Şimali Koreyanın raket sınağı uğursuz oldu
  29 Aprel 2017    Oxunub:1088
Şimali Koreya ballistik raketi sınaqdan keçirib.
AzVision.az-ın “Ria Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, raket paytaxt Pxenyandan şimalda buraxılıb. Lakin raket buraxıldıqdan dərhal sonra partlayıb.

Bununla yanaşı qeyd edilir ki, raket hətta Şimali Koreya ərazisini tərk etməyib, yalnız 50 kilometr uça bilib. Şimali Koreya apreldə artıq sayca üçüncü raketi buraxıb. Ancaq raketlərin buraxılması uğursuz olub.

AzVision.az


Teqlər: Koreya   Raket  





Xəbər lenti