Bakıda evdə meyit tapılıb

Bakıda evdə meyit tapılıb
  28 Aprel 2017    Oxunub:1559
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
AzVision.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar.

Mənzildən 1945-ci il təvəllüdlü Mirheydər Ağarəsul oğlunun cəsədi aşkarlanaraq, aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 16:31-də başa çatıb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti