Aralıq dənizində mindən çox miqrant ölüb

Aralıq dənizində mindən çox miqrant ölüb
  28 Aprel 2017    Oxunub:1049
Cari ilin əvvəlindən Aralıq dənizində 1098 miqrant həlak olub ya da itkin düşüb.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Beynəlxalq Miqrasiya təşkilatı yayıb. Qeyd olunub ki, ən çox miqrant aprel ayında ölüb - 427 nəfər.

Bu rəqəmlər ötən ilin müvafiq dövrü ilə azlıq təşkil edir. Belə ki, ötən ilin üç ayı ərzində 1222 miqranat Aralıq dənizində həlak olub. Bildirilib ki, 2017-ci ilin üç ayı ərzində 43 min 357 miqrant dəniz yolu ilə Avropaya keçib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Miqrant  





Xəbər lenti