Neçə deputatımız var? – Gözlənilməz cavablar (VİDEOSOĞRU)

Neçə deputatımız var? – Gözlənilməz cavablar (VİDEOSOĞRU)
  28 Aprel 2017    Oxunub:23218
AzVision.az paytaxt sakinləri arasında sorğuları davam etdirir. Bu dəfə sualımız Milli Məclisin deputatlarının sayı ilə bağlıdır. Sakinlərə “Azərbaycanın neçə deputatı var” sualı ilə müraciət etdik.
Respondentlərin çoxu suala tərəddüd etmədən cavab versə də, digərlərinin reaksiyası təxminən belə oldu:

“Dəqiq deyə bilmərəm”, “deyəsən, 150-dir”, “yadımda qalmayıb..”, “500 deputat olmalıdır”.

Qeyd edək ki, qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir. Birinci xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ilə əlaqədar onun deputat mandatına xitam verilib. Bu səbəbdən Azərbaycan parlamentinin hazırda 124 deputatı var.



Müxbir: Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər: Milli-Məclis   Deputat   Sorğu  





Xəbər lenti