Rusiyada qırıcı təyyarə qəzaya uğrayıb

Rusiyada qırıcı təyyarə qəzaya uğrayıb
  26 Aprel 2017    Oxunub:1969
Rusiyada “MiQ-31” qırıcı təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.
AzVision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qəza Zabaykal diyarının Çita rayonunda baş verib. Qırıcı Buryatiyanın Telemba hərbi poliqonuna düşüb.

Qəza zamanı təyyarədə olan iki pilot katapult edə bilib. Hazırda pilotlar tapılıb, onların səhhətində problem yoxdur. Qəzanın baş vermə səbəbləri hələlik məlum deyil.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   qəza  





Xəbər lenti