Rusiyalı hərbçini öldürən erməni həbs edilib

Rusiyalı hərbçini öldürən erməni həbs edilib
  26 Aprel 2017    Oxunub:1045
İrəvan məhkəməsi Gümrüdə rusiyalı hərbçini qətlə yetirən Arman Cancuqazyanın barəsində həbs qərarı verib.
AzVision.az TASS-a istinadən bildiri rki, bu barədə Ermənistan İstintaq Komitəsindən məlumat verilib.

Bildirilib ki, Arman Cancuqazyana “qətl” maddəsi üzrə ittiham irəli sürülüb. İstintaqın vəsatəti əsasında birinci instansiya məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Rusiya hərbçisi Dmitri Yalpayevin qətlində Ermənistan vətəndaşı 20 yaşlı Arman Cancuqazyan şübhəli bilinir. O, cinayəti törətdikdən dərhal sonra polis tərəfindən saxlanılıb. İstintaqın məlumatına görə, ötən ilin noyabrında erməni ordusunda xidmət keçən zaman Cancuqazyanın səhhətində problem aşkar edilib və o, müayinə üçün hərbi hospitalın psixiatriya şöbəsinə göndərilib. Ekspertlər onu sülh dövründə hərbi xidmətə yararsız hesab edərək bir ay əvvəl hərbidən təxris ediblər.

Xatırladaq ki, Rusiyanın Gümrü şəhərində yerləşən "102"-ci hərbi bazasında xidmət edən 21 yaşlı sıravi əsgər D.Yalpaev aprelin 22-də boyun və baş nahiyəsinə kəsici-deşici alətlə yetirilmiş xəsarətlər nəticəsində ölüb.

AzVision.az


Teqlər: Ermənistan   Gümrü   Hərbçi   Həbs  





Xəbər lenti