Sarkisyan özünə yeni nümayəndələr seçir

Sarkisyan özünə yeni nümayəndələr seçir
  25 Aprel 2017    Oxunub:1207
Ermənistan prezidenti Serj Sarkisyan respublikaçıları gərgin və qeyri-müəyyən vəziyyətdə saxlayır.
AzVision.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Bildirilib ki, vilayətlərdə parlament seçkiləri zamanı kimin kimdən (söhbət namizədlərdən gedir-re) nə qədər səs oğurlaması geniş müzakirə olunur. Bir çoxları üçün Şirak vilayətində Arman Sahakyanın lider olması təccüblü görünür.

“Gümrü” qəzetinin xəbərinə görə, Sahakyan özü ilə yanaşı digər namizəd Feliks Tsolakyana deputat seçilməsi üçün kömək edib. Nəticədə onların hər iksi ikisi deputat mandatı qazana biliblər. Lakin parlamentə keçən Feliks Tsolakyanın uzun müddətli qanunverici orqanda qalmayacağı istisna edilmir. Belə ki, 2018-ci ildə Sarkisyanın səlahiyyətlərinin başa çatmasından sonra Ermənistanın dörd bölgəsində erməni prezidentinin nümayəndəsi üçün yeni ştatlar yaradılacaq. Tsolakyanın Ermənistanın şimal rayonlarında prezidentin nümayəndəsi olacağı ehtimal olunur.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti