İSB 212 min manat ödəniş edib

İSB 212 min manat ödəniş edib
  25 Aprel 2017    Oxunub:1679
İcbari Sığorta Bürosu (İSB) lisensiyası ləğv edilmiş “Alfa Sığorta” ASC-nin rəsmiləşdirilmiş icbari sığorta müqavilələri ilə əlaqədar daxil olan sığorta tələbləri üzrə kompensasiya ödənişini davam etdirir.
AzVision.az İSB-yə istinadən xəbər verir ki, bu ilin fevralından etibarən şirkətə görə büroya daxil olmuş 146 sığorta tələbinin 130-u təmin edilib, 3 sığorta tələbi üzrə kompensasiya verilməsindən qanuni əsaslarla imtina olunub, daha 13 tələb üzrə müraciətlərə isə hazırda baxılmaqdadır.

Büro tərəfindən təmin edilmiş sığorta tələbləri üzrə 211 689 manat ödəniş edilib. Bunun 193 601 manatı nəqliyyat vasitələrinə, 10 088 manatı əmlaka, 8 min manatı isə sağlamlığa dəymiş zərərlə bağlı olub.

AzVision.az


Teqlər: İSB  





Xəbər lenti