Gözün buynuz qişasının ölkəyə gətirilməsinə icazə verildi

Gözün buynuz qişasının ölkəyə gətirilməsinə icazə verildi
  25 Aprel 2017    Oxunub:1067
Gözün buynuz qişasının Azərbaycana gətirilməsinə icazə verilib.
AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Layihə barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.
Komitə sədri bildirib ki, həmin siyahıya gözün buynuz qişası da əlavə edilib. Yəni, bundan sonra gözün buynuz qişasının Azərbaycana gətirilməsinə icazə veriləcək.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti