İrəvanda növbəti etiraz aksiyası keçirilib - VİDEO (Yenilənib)

İrəvanda növbəti etiraz aksiyası keçirilib - VİDEO (Yenilənib)
  25 Aprel 2017    Oxunub:5464
İrəvanda sahibkarlar yenidən etiraza qalxıblar.
AzVision.az “news.am”-a istinadən xəbər verir ki, 15 nəfərdən çox ticarətçi baş nazirlə görüşmək üçün hökumət binasının qarşısında toplaşıb.

Etirazçı Armen Nersisyan bildirib: “Biz nə dövlətə, nə də ticarətçilərə zərər verməyəcək şəraitin yaradılması üzrə hökümətə təkliflər təqdim edəcəyik. Sərhədi keçən zaman gömrük ödənişlərini etsək də, orada süründürməçilik, qanunsuzluqlar hökm sürür”.



Xatırladaq ki, aprelin 21-də İrəvanın yarmarkalarında işləyən yüzlərlə vətəndaş hökumət binası qarşısında etiraz aksiyası keçirib. Narazı şəxslər vergi müfəttişlərinin onları soyduqlarını, hədələdiklərini bildirərək əvvəlki qaydada işləmələrinə icazə verilməsini tələb ediblər.

Aksiya iştirakçılarının sözlərinə görə, vergi müfəttişləri onları qorxudur, əlavə pul tələb edirlər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Etiraz  





Xəbər lenti