Qələbə günü terror aktı törədəcəkdi

Qələbə günü terror aktı törədəcəkdi
  21 Aprel 2017    Oxunub:1448
Qırğızıstan xüsusi xidmət orqanı MDB ərazisində terror aktı törətmək istəyən şəxsi həbs edib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Milli təhlükəsizlik komitəsinin mətbuat xidməti yayıb.

Qeyd olunub ki, 2017-ci il aprelin 20-də Oş Vilayətinin sakini, 1994-ci il təvəllüdlü “S.T” adlı terrorçu saxlanılıb. Həmin şəxs 2013-ci ildə terrorçular tərəfindən ələ alınıb və Suriyaya göndərilib. Həmçinin müəyyən edilib ki, saxlanılan şəxs Suriyada əsirlərin kütləvi edamlarında şəxsən iştirak edib.

Məlumatlara görə, terrorçu Suriyada xüsusi döyüş hazırlığı keçib və müəyyən şəxslərdən MDB ərazisində “Qələbə Günü” münasibətilə keçirilən bayram zamanı terror aktı törətmək tapşırığı alıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: MDB   Terror  





Xəbər lenti