Ermənistanda Sarkisyana etiraz edən 500 nəfər saxlanılıb

13:43   21 Aprel 2017    Oxunub: 396

Ermənistanda 2016-cı ilin iyulun 17-31-də baş verən hadisələr zamanı 500-dən çox ölkə vətəndaşı saxlanılıb.

AzVision.az erməni KİV-lərinə istinadən istinadən xəbər verir ki, bu barədə aprelin 21-də keçirdiyi mətbuat konfransında Ermənistanın Ombudsman aparatının rəhbəri Arman Tatoyan iyul hadisələri ilə bağlı hesabatı təqdim edəkən deyib.

"Bu müddət ərzində Ombudsman aparatının "qaynar xətti"nə 335 nəfərin azadlıqdan məhrum edilməsi ilə bağlı 200-dən çox məlumat qəbul edib. Müraciətlərdən 179-u polis bölmələrinə vəkilin daxil olmasının əngəllənməsi ilə bağlı olub",- deyə erməni ombudsman bildirib.

Ombudsmanın sözlərinə görə, həmin günlərdə polis qanunsuz həbslər keçirib, bununla bağlı çoxsaylı pozuntular qeydə alınıb.

"İyulun 17-də baş verən hadisələrdən dərhal sonra vətəndaşlar yürüşlər təşkil etdilər. Polis ilk gündən vətəndaşlara hər hansı bir açıqlama və izah etməyə imkan vermədən həbslərə, pozuntulara başladı. İyulun 18-dəki yürüş də eynilə dinc xarakterli olsa da, şəhər bələdiyyəsi həmin yürüşü qadağan etmişdi"- Arman Tanoyan vurğulayıb.

Şahin Qocayev
AzVision.az

Teqlər: Ermənistan    


Rubrikanın digər yazıları