Gömrükdə 9 min siqaret müsadirə edilib

Gömrükdə 9 min siqaret müsadirə edilib
  20 Aprel 2017    Oxunub:1361
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında Gürcüstan istiqamətindən "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21070" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa və ön oturacaqlarının altından, salonundan gömrük nəzarətindən gizlədilən, üzərində Azərbaycanın aksiz markası olmayan 9000 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK   siqaret  





Xəbər lenti