"Barsa" bu dəfə bacarmadı - Video

09:35   20 Aprel 2017    Oxunub: 247

Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

AzVision.az-ın məlumatına görə, keçirilən 2 oyunla yarımfinalçıların tam siyahısı məlum olub.

İlk görüşdə “Yuventus”a 3:0 hesabı ilə məğlub olan “Barselona” öz meydanında da sensasiya edə bilməyib. Qolsuz bərabərliklə başa çatan matçın ardından “Yuventus” mərhələ adlayıb.



“Monako” isə “Borussiya” ilə matçda yenə qalib tərəf olub. İlk görüşdə 3:2 hesabı ilə qalib gələn “Knyazlıq klubu” bu dəfə 3:1 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib.



Beləliklə, yarımfinalda "Real", "Atletiko", "Yuventus" və "Monako" mübarizə aparacaq.

Kənan Məmmədov
AzVision.az

Teqlər: ÇempionlarLiqası  


Rubrikanın digər yazıları