"Şimali Qafqazda vəziyyət gərgindir" - Patruşev (VİDEO)

12:51   19 Aprel 2017    Oxunub: 852

"Beynəlxalq terrorçular Şimali Qafqazda təbliğatı artırır və insanları öz tərəfinə cəlb etməyə davam edir".

AzVision.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib. Onun sözlərinə görə, bir qayda olaraq xaricdən maliyyələşdirilən gizli bandaların Şimali Qafqazda fəallaşması ciddi təhlükədir:

“Vəziyyət gərgin olaraq qalır. Terror və ekstremist yönümlü cinayətlərin sayının çox olması da bunun göstərcisidir"

Patruşev əlavə edib ki, Şimali Qafqaz əhalisinin təxminən 2,7 min nəfəri Suriya və İraqda terrorçuların tərəfində vuruşur.



İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Rusiya   ŞimaliQafqaz   Terror    




Rubrikanın digər yazıları