Bakıdakı uçqunla bağlı cinayət işi açılıb

Bakıdakı uçqunla bağlı cinayət işi açılıb
  13 Aprel 2017    Oxunub:1400
Səbail rayonunda istirahət mərkəzində tikilməkdə olan binada baş verən uçqunla əlaqədar Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bunu AzVision.az-a açıqlamasında Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

O, həmçinin qeyd edib ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəblərinin və təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: BaşProkurorluq   Bakı   Uçqun  





Xəbər lenti