"Kərimin anası həmin xəbərə görə ölməyib" - Meyxanaçı Ağamirzə

"Kərimin anası həmin xəbərə görə ölməyib" - Meyxanaçı Ağamirzə
  10 Aprel 2017    Oxunub:33868
"Kərimin anasının ölümündən xəbəri yoxdur. Anasının ölümünə isə Kərimlə bağlı yazılan yalan məlumatlar səbəb olmayıb"

Bunu AzVision.az-a insult keçirən meyxanaçı Kərim Novruzovun sənət yoldaşı Ağamirzə Məmmədov deyib.

A.Məmmədov Kərimin anasının ölümü ilə bağlı mətbuatda yazılan xəbərlərə aydınlıq gətirib:

"Kərim artıq palataya köçürülüb. Anasının ölümünü ona bildirməmişik. Mətbuatda yazırlar ki, guya Kərimin anası hansısa xəbəri eşidib ölüb. Bunlar doğru fikirlər deyil. Kərimin anası xəstə idi. Ölümünə səbə xəstəliyi olub, həmin xəbərə görə ölməyib".

Qeyd edək ki, Kərim Novruzov bir neçə gün əvvəl insult keçirib. O, hazırda Mərkəzi Kliniki Xəstəxanada müalicəsini davam etdirir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Meyxana   Kərim  





Xəbər lenti