Vitali Balasanyan: “Azərbaycanın silahı bizdən çoxdur”

Vitali Balasanyan: “Azərbaycanın silahı bizdən çoxdur”
  07 Aprel 2017    Oxunub:10824
“Ötən ilin aprel ayındakı dördgünlük müharibə zamanı insan və ərazi itkilərimiz olub”.
AzVision.az xəbər verir ki, bu etirafı erməni mətbuatına müsahibəsində Qarabağ separatçılarından biri, tanınmamış “DQR” təhlükəsizlik Şurasının katibi Vitali Balasanyan deyib.

“Biz imzalanmış sənədlərə, digər ölkələrin prezidentlərinin və həmsədrlərin bəyanatlarına sadəlövhcəsinə inanırıq. Məhz bu, ötən ilin aprelində baş verdi. Həqiqətən, Azərbaycanın silahı bizdən çoxdur. Nə qədər çətin olsa da, bunu deməyə məcburam. Aprel hadisələrindəki itkilərimiz bütün ermənilərə mesaj oldu”.

Aprel döyüşləri zamanı yanacaq və hərbçilər arasında rabitə sistemi ilə bağlı problemə gəlincə, Vitali Balasanyan bildirib: “Məsələ ondadır ki, rabitə düzgün təşkil olunmamışdı. Yəni, problemlər, bizim qeyri-mütəşəkkilliyimizdən irəli gəlib. Nəticədə qarşı tərəf bundan çox yaxşı formada yararlandı. Yanacaqla yaranan problemə gəlincə bu laboratoriyanın işidir”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Qarabağ   Apreldöyüşü  





Xəbər lenti