Qapanlı atəşə tutuldu - Əhaliyə ziyan dəyib, itki yoxdur

Qapanlı atəşə tutuldu - Əhaliyə ziyan dəyib, itki yoxdur
  06 Aprel 2017    Oxunub:5548
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.

Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar. Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.

Silahlı Qüvvələrimizin bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.

AzVision.az


Teqlər: MüdafiəNazirliyi   Atəşkəs   Tərtər  





Xəbər lenti