Ermənistan müxalifəti birləşir, Ohanyan lider olacaq

Ermənistan müxalifəti birləşir, Ohanyan lider olacaq
  06 Aprel 2017    Oxunub:2351
Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrinin açıqlanmasından sonra, uğursuzluq qazanan "Ohanyan-Raffi-Oskanyan" ittifaqı mühüm qərar qəbul ediləcək.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, vahid ittifaq şəklində seçkilərə qatılan "İrs" lideri Raffi Ovanisyan və "Birlik" partiyasının lideri Vardan Oskanyan siyasətdən gedəcək.

Məlumatlara görə, hər iki partiya birləşəcək. Müxalifətin yeni birliyinə Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın rəhbərlik edəcəyi bildirilir.

Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   Müxalifət   Ohanyan  





Xəbər lenti