Sarkisyan hakimiyyətinin növbəti seçki saxtakarlığı

Sarkisyan hakimiyyətinin növbəti seçki saxtakarlığı
  02 Aprel 2017    Oxunub:1924
Ermənistanın Araqatsodi vilayətində seçki saxtakarlığı aşkar edilib.

AzVision.az xəbər verir ki, "First News" saytına "Ohanyan-Raffi-Oskanyan" blokunun nümayəndələrindən biri zəng edərək seçki pozuntusu haqqında məlumat verib.

Belə ki, Araqatsodi viyalətinin Karbi kəndində kənd bələdiyyə rəhbəri seçiciləri ilə seçki məntəqəsinə daxil olub, daha sonra açıq-aşkar seçki kabinəsində birgə səs verib və oradan çıxıblar.

Bələdiyyə rəhbərinin bu addımı yəqin ki, Serj Sarkisyanın beynəlxalq müşahidəçilərə "vəd etdiyi" yüksək texnoloji qurğulardan tam yararlanmanın göstəricisidir.

Xatırladaq ki, seçki kabinəsində sürü halında səs vermə yeni nəsil "qurğular" sırasına daxildir.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Seçki   Saxtakarlıq  





Xəbər lenti