Rusiyanın sabiq deputatı qətlə yetirilib

Rusiyanın sabiq deputatı qətlə yetirilib
  23 Mart 2017    Oxunub:2437
Kiyevin mərkəzində Rusiya Dövlət Dumasının sabiq deputatı Denis Voronenkov öldürülüb.

Ukraynanın “Vesti” nəşrinin yaydığı məlumata görə, qətl hadisəsi “Premyer-Palaç” hotelinin yaxınlığında törədilib.

Nəşrin məlumatına əsasən, atışma Voronenkovun hoteldən mühafizəçi ilə birgə çıxdıqdan sonra başlayıb. İlkin məlumata görə, onlar ikisi də öldürülüb.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının sabiq deputatı Voronenkov ötən ilin sonunda həyat yoldaşı Mariya Maksakova ilə birlikdə Ukraynaya köçərək bu ölkənin vətəndaşlığını almışdı.(Oxu.az)

AzVision.az


Teqlər: Rusiya   Deputat   Qətl  





Xəbər lenti