Magistr olmaq istəyən 12 156 bakalavr ərizəsini təsdiqləyib

Magistr olmaq istəyən 12 156 bakalavr ərizəsini təsdiqləyib
  23 Mart 2017    Oxunub:1101
2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına ərizə qəbulu davam edir.
AzVision.az xəbər verir ki, bu gün saat 12.00-dək 12 156 nəfər bakalavr öz ərizəsini təsdiqləyib. Təsdiq edilmiş ərizələrin 10 992-si Azərbaycan, 1164-ü isə rus bölmələrinə aiddir.

Magistraturaya sənəd qəbulu martın 28-dək davam edəcək.

Qeyd edək ki, magistratura imtahanın birinci mərhələsi aprelin 9-da, ikinci mərhələsi isə iyunun 4-də keçiriləcək

AzVision.az


Teqlər: Magistratura   Sənədqəbulu  





Xəbər lenti