ABŞ Dövlət katibi azərbaycanlıları təbrik etdi

ABŞ Dövlət katibi azərbaycanlıları təbrik etdi
  21 Mart 2017    Oxunub:1568
ABŞ-ın dövlət katibi Reks Tillerson Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. AzVision.az xəbər verir ki, bu barədə məlumat ABŞ-ın dövlət departamentinin rəsmi saytında yerləşdirilib.


"Bütün dünyada milyonlarla insanlar, o cümlədən Əfqanıstanda, Azərbaycanda, Çində, Gürcüstanda, Hindistanda, İranda, İraqda, Qazaxıstanda, Qırğızıstanda, Pakistanda, Rusiyada, Suriyada, Tacikistanda, Türkiyədə, Türkmənistanda, Özbəkistanda yaşayan icmalar, Cənubi və Mərkəzi Asiya və Fars körfəzi xalqları bu bayramı öz ailələri və dostları ilə birgə qeyd edirlər", - deyə təbrikdə deyilir.

Dövlət katibi bu bayramı qeyd edənlərə xoşbəxt və firavan Novruz arzulayıb.

Eldar Əlvanoğlu
AzVision.az



Teqlər: ABŞ   Tillerson  





Xəbər lenti