Parisdə bomba həyacanı: Məhkəmə binası boşaldıldı

14:52   20 Mart 2017    Oxunub: 462

Bu gün səhər Paris Ali Məhkəməsi binaya bomba qoyulması barədə anonim zənglə əlaqədar boşaldılıb.

AzVision.az xaricimətbuata istinadən bildirir ki, binaya bomba qoyulması barədə polisə zəng yerli vaxtla saat 10.12 (Bakı vaxtı ilə saat 13.12) radələrində daxil olub.

Məhkəmə binasının yerləşdiyi Parisin IX dairəsinə minaaxtaranlar gəlib, axtarış aparılır.

AzVision.az

Teqlər: Paris   Bomba    


Rubrikanın digər yazıları