İrəvanda etiraz aksiyası dağıdıldı - Video (Yenilənib)

23:46   19 Mart 2017    Oxunub: 17171

İrəvanda etirazçılarla polis arasında toqquşma baş verib. Xəbərə görə, polis Tiqran Mets prospektini bağlamağa cəhd edən aksiyaçılara qarşı güc tətbiq edib. Etirazçılarla polis polis arasında toqquşma Nalbandyan küçəsində də qeydə alınıb.

Nəticədə aksiya polis tərəfindən dağıdılıb. Sabah İrəvanda növbəti aksiyaların keçiriləcəyi planlaşdırılır.



***
(20:41)

Ermənistanın paytaxtı İrəvanda yenidən etiraz aksiyası keçirilir.

AzVision.az "News.am"-a istinadən xəbər verir ki, Azadlıq meydanından yürüşə başlayan etirazçılar hazırda oturaq aksiya keçirirlər.

Hadisə yerinə çoxlu sayda polis cəlb edilib. Etirazçılar Ermənistanın baş prokuroru Artur Davtyanın istefasını tələb edirlər.

Aksiya iştirakçıları bundan əlavə 2016-cı ilin yayında İrəvan Polis İdarəsinin binasının zəbt edənlərlə əlaqədə olmaqda ittiham edilən Artur Sarkisyanın “Yerablur” fəxri xiyabanında dəfn edilməsinə icazə verilməsini tələb edirlər.

Qeyd edək ki, ötən gün keçirilən etiraz aksiyasında polislə nümayişçilər arasında qarşıdurma baş vermişdi.


Teqlər: Ermənistan   İrəvan   Etiraz   Aksiya  




Rubrikanın digər yazıları