Əhalinin gəlirləri 4,7 faiz artıb

Əhalinin gəlirləri 4,7 faiz artıb
  19 Mart 2017    Oxunub:1583
Yanvar-fevral aylarında Azərbaycan əhalisi 6980,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 4,7 faiz çox gəlir əldə edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər nəfərinə orta hesabla 719,8 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 6376,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 4,9 faiz çox vəsait qalıb.

AzVision.az


Teqlər: Azərbaycan   Əhali   Gəlir   Statistika  





Xəbər lenti