Türkiyə Hollandiyadan BMT-yə şikayət etdi

Türkiyə Hollandiyadan BMT-yə şikayət etdi
  16 Mart 2017    Oxunub:1399
Türkiyə Hollandiyanın beynəlxalq hüququ pozması ilə əlaqədar BMT-yə şikayət edib.
AzVision.az xəbər verir ki, rəsmi Ankara Hollandiyanı Vyana konvensiyasının pozulmasında ittiham edib.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə eniş icazəsinin verilməməsi və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Hollandiyaya buraxılmaması ilə əlaqədar iki ölkə arasında siyasi qalmaqal yaşanır.

Türkiyə XİN Hollandiyaya iki nota verib və bu ölkənin səfirinin Ankaraya girişinə qadağa qoyub.

AzVision.az


Teqlər: Türkiyə   Hollandiya   BMT   Şikayət  





Xəbər lenti