Azərbaycanda 10 əcnəbi ailə övladlığa uşaq götürmək istəyir

Azərbaycanda 10 əcnəbi ailə övladlığa uşaq götürmək istəyir
  09 Yanvar 2017    Oxunub:2135
2016-ci ildə Azərbaycanda 5 uşaq əcnəbi vətəndəşlara övladlığa verilib.
Bu barədə AzVision.az-a Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov bildirib. Komtə rəsmisi qeyd edib ki, uşaqlardan 2-i Rusiya, 2-i Türkiyə, 1-i isə Böyük Britaniya vətəndəşlarına övladlığa verilib.

“Rusiya vətəndaşları olan 2 ailə, Türkiyə vətəndaşlarından isə 1 ailə öz qohumlarının uşaqlarını övladlığa götürüb. Türkiyə vətəndaşları olan digər ailə isə uşaq evindən övladlığa uşaq götürüb. Bundan əlavə il ərzində Böyük Britaniya vətəndaşı ilə ailə quran azərbaycanlı xanımın birinci evlilikdən olan uşağının övladlığa götürülməsi qeydə alınıb. 5 uşağın hər biri fiziki cəhətdən sağlam uşaqdır”.

S. Məmmədov bildirib ki, övladlığa götürülən uşaqlardan 3-ü qız, 2-si oğlandır və onlar 2-3 yaş aralığındadırlar: “Hazırda komitədə 10-a yaxın əcnəbi ailə uşağı övladlığa götürmək üçün növbəyə dayanıb”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti