45 qəzet, 16 telekanal və 23 radio bağlandı

45 qəzet, 16 telekanal və 23 radio bağlandı
  28 İyul 2016    Oxunub:5728
Türkiyədə fövqəladə vəziyyət çərçivəsində bəzi qurum və təşkilatlar barəsində nizamlama aparılması qərarına əsasən 3 xəbər agentliyi, 16 telekanal, 23 radio, 45 qəzet, 15 jurnal, 29 nəşriyyat bağlanıb.

AzVision.az APA-ya istinadən xəbər verir ki, bağlanılan qəzetlərin arasında “Tərəf Zaman”, “Azad Düşüncə”, “Bu gün”, “Millət”, “Meydan”, “Today”s Zaman”, “Sabaha Baxış” və “Yeni Hayat”ın adları var.

Bağlanılan televiziya kanalları bunlardır: “Barış TV”, “Bu gün TV”, “Can Erzincan TV”, “Dünya TV”, “Hira TV”, “Irmak TV”, “Kanal 124”, “Kanaltürk”, “MC TV”, “Mehtap TV”, “Merkuri TV”, “Samanyolu Haber”, “Samanyolu TV”, “SRT TV”, “Tuna Shopping TV”, “Yumurcak TV”.

Bağlanılan informasiya agentlikləri isə “Cihan” Xəbər Agentliyi, “Müxbir” Xəbər Agentliyi və “SEM” Xəbər Agentliyidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti