Avtobus qəzaya düşdü - Ölən və yaralılar var

Avtobus qəzaya düşdü - Ölən və yaralılar var
  27 İyul 2016    Oxunub:2397
Daşkəsəndə sərnişin avtobusu ağaca çırpılıb.
AzVision.az Region TV-yə istinadən xəbər verir ki, bu gün axşam saatlarında Daşkəsəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Zəylik kəndində qeydə alınıb. Sürücünün sərnişin avtobusunda idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq iri gövdəli ağaca çırpılıb, nəticədə bir nəfər ölub, bir neçə nəfər yaralanıb.

Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətiriliblər.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti