`Bizim nazirliyi yoxlamaq lazımdır...` - Azad Rəhimov

`Bizim nazirliyi yoxlamaq lazımdır...` - Azad Rəhimov
  25 İyul 2016    Oxunub:3269
“Dopinqlə bağlı idmançılara psixoloji təzyiq göstərmək düzgün deyil. İdmançıları yoxlayan idman qurumlarını, bizi, yəni nazirliyi, olimpiya komitəsini yoxlamaq lazımdır. Bizi yoxlamaq laızmdır ki, görsünlər biz idmançıları necə yoxlayırıq, bu işi necə təşkil edirik. Siz bizi yoxlayın və bizdən tələb edin”.
AzVision.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında deyb.

Nazir bildirib ki, gələcəkdə dopinqin bir alət və ya vasitə kimi siyasətdə və digər məsələlərdə istifadə edilməsindən çox narahatdır. A.Rəhimov, həmçinin vurğulayıb ki, Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya və Paralimpiya Oyunlarına gedəcək bütün idmançılar dopinqdən keçib.

"Bütün analizlər WADA-nın dopinq testindən keçib. Ən sonda boksçuların qan analizləri Köln laboratoriyasında yoxlanılıb və qəbul edilib".

Nazir qeyd edib ki, idmançıların təhlükəsizliyi ilə bağlı heç bir narahatçılıq yoxdur: "Onlar avtobuslarla aparılıb-gətiriləcək. Bircə turistlətlə bağlı narahatçılıq var. Onlara da bildiriləcək ki, polislər tərəfindən tam qorunmayan yerlərə getməsinlər. Komandamızın bir hissəsi 12-15-də Bakıya qayıdacaqlar. Çox qalmağa ehtiyac yoxdur".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti