`Gülən Ben Ladendən də təhlükəlidir` - Nazir

`Gülən Ben Ladendən də təhlükəlidir` - Nazir
  24 İyul 2016    Oxunub:2226
"Türkiyədə dövlət çevrilişinə cəhdin arxasında duran terror təşkilatının rəhbəri Fətullah Gülən Üsamə Ben Ladendən də təhlükəlidir".
AzVision.az "Report"a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) işləri üzrə nazir və Aİ ilə danışıqlarda Türkiyə nümayəndə heyətinin rəhbəri Ömər Çelik deyib.

"Ben Laden açıq-aşkar terrora çağırırdı və onları həyata keçirirdi, Gülən isə son dərəcə təhlükəli təşkilatın rəhbəri olduğu bir halda, dialoq və xoş davranışlarının arxasında gizlənir", - deyə nazir bildirib.

O qeyd edib ki, hazırda Türkiyə İŞİD terror təşkilatından daha təhlükəli olan bir qurumla üz-üzədir.

"İŞİD aşkarcasına dövlət müəssisələrinə hücum etdiyi halda, Gülən təşkilatı hökuməti daxildən ələ keçirmək, dövləti aldatmaq, demokratiya və xalqın iradəsini məhv etməyə çalışır", - deyə o əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti