İlham Əliyev yol tikintisinə pul ayırdı - Sərəncam

İlham Əliyev yol tikintisinə pul ayırdı - Sərəncam
  24 İyun 2016    Oxunub:1697
Azərbaycan prezidenti İlham Əliyev Qəbələ rayonunun Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, 7 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 5,2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti