ABŞ-dan terror xəbərdarlığı: Hədəfdə bu ölkələrdir

ABŞ-dan terror xəbərdarlığı: Hədəfdə bu ölkələrdir
  01 İyun 2016    Oxunub:2584
ABŞ Dövlət Departamenti Avropaya səfər etmək niyyətində olan ölkə vətəndaşlarına Polşa və Fransada terror təhlükəsinə dair xəbərdarlıq edib.
Söhbət Polşada iyulun sonunda qeyd olunacaq katolik Ümumdünya Gənclər Günü və Fransada iyunun 10-da başlayacaq futbol üzrə Avropa Çempionatının oyunları zamanı silahlılar tərəfindən törədilə biləcək terror aktlarından gedir.

Məlumatda qeyd olunur ki, terrorçular mənfur əməllərinə məhz turistləri hədəf seçə bilər.

Qeyd edək ki, KİV-lər bundan əvvəl İŞİD terrorçularının AVRO-2016 çərçivəsində keçiriləcək İngiltərə-Rusiya matçı ərəfəsində terror aktları törətməyi planlaşdırdığını bildiriblər. (Apa)

AzVision.az


Teqlər:





Xəbər lenti