Oliqarxlar Sarkisyanın üstünə müharibə ilə gedir

Oliqarxlar Sarkisyanın üstünə müharibə ilə gedir
  02 May 2016    Oxunub:4111
Hazırda Serj Sarkisyandan ölkə üçün dönüş xarakterli tədbirlərin görülməsi tələb olunur. Bunu günün imperiativləri və Ermənistanın üzləşdiyi problemlər tələb edir.
Virtualaz.org 1in.am saytına istinadən bildirir ki, bu tədbirlərin oliqarxlar zümrəsinə təsiri qaçılmazdır.

Nəşr qeyd edir ki, dörd günlük müharibə göstərdi ki, Ermənistanın idarəetmə proseslərinin kökündə sistem və struktur problemləri durur. Bu prosesdə iqtisadi və siyasi elita ilə cəmiyyət arasında ciddi uçurum yaranıb. Dörd günlük müharibədən sonra müşahidə olunan xalq qəzəbi, vətəndaş həyəcanı və etirazları bir daha göstərdi ki, xalqla elita bir-birindən aralı düşüb, onların arasında həqiqətən də dərin uçurum var və bu, necə deyərlər, hesabat mexanizmi üçün təhlükədir.

Nəşr vurğulayır ki, son vaxtlar vətəndaş faktoru hiss olunacaq dərəcədə fəallaşıb, o cümlədən, yeni texnologiyaların-sosial şəbəkələrin geniş tətbiqi hesabına: “Hakimiyyət bu prosesin qarşısını almaq iqtidarında deyil. Hakimiyyətdəkilər məhz bu obyektiv reallığı nəzərə almaya, onunla hesablaşmaya bilməzlər”.

Başqa sözlə, Ermənistan hakimiyyətinə beynəlxalq təzyiqlə yanaşı, daxili təzyiq də güclənir.

Bəs burada Serj Sarkisyanla oliqarxlar arasında potensial qarşıdurmanı və mümkün münaqişəni nə yarada bilər?

Nəşr yazır ki, “oliqarxlaşmanın” səviyyəsi. Bu səviyyə Ermənistanda o qədər yüksəkdir ki, idarəetmə prosesinin ümumiləşdirilməsinə hər hansı cəhd bu oliqarxiyaya qarşı hücumlar tələb edir.

Ermənistan oliqarxlar sinfinin dünyagörüşünü, xüsusən də intellektinin sərhədlərini nəzərə alsaq, bu, münasibətləri ayırd etmək üçün prinsipial münaqişə vəziyyətidir: “Problem onda deyil ki, Sarkisyan və siyasi hakimiyyət onlardan intellektinə, dünyagörüşünə və ya dəyərlər sisteminə görə fərqlənir.

Sadəcə statusların müxtəlifliyi təhlükəni daha dəqiq başa düşmək və görmək üçün əsasdır”.

AzVision.az


Teqlər:





Xəbər lenti